Moskvada “Kaşirski dvor” bazarında güclü yanğın baş verib

Moskvada “Kaşirski dvor” bazarında güclü yanğın baş verib

Moskvada “Kaşirski dvor” tikinti materialları bazarında güclü yanğın baş verib


APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva şəhəri üzrə Baş İdarəsinin saytında bildirilir.    

 

Məlumata görə, yanğın barədə məlumat qurumun “qaynar xətti”nə 03.12-də (Bakı vaxtı ilə 04.12-də)  daxil olub. Dörd dəqiqə sonra yanğınsöndürən briqadalar artıq hadisə yerində yanğının söndürülməsi istiqamətində tədbirlər görməyə başlayıb.  

 

Məlumata görə, yanğın 800 kv.m. ərazini əhatə edib. İlkin məlumata görə, yanğın tikinti materiallarının saxlanıldığı birmərtəbəli metal konstruksiyalı tikilidə baş verib.

 

Ölən və ya xəsarət alanlar barədə məlumat verilmir. 


Xəbər 796 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR