“4G Bakı və Abşeronu əhatə edəcək” -FOTO

“4G Bakı və Abşeronu əhatə edəcək”   -FOTO

Bakcell şirkəti jurnalistlər üçün Qalaaltıda “Mobil Telekommunikasiyaya giriş” adlı iki günlük seminar təşkil edib. 


Aktual.az xəbər verir ki, seminarda şirkətin bir neçə təmsilçisi jurnalistlərə təlim keçib. 

Yeni məhsulların inkişafı bölməsinin rəhbəri Cəlil Xəlilov Əşyaların interneti mövzusunda çıxış edib. O bildirib ki, smartfonların yaradılması və sosial şəbəkələrin ortaya çıxması internetin təkamülünüdə yeni səhifə açıb:
“Bundan sonrakı mərhələ - əşyaların interneti oldu. Bir çoxumuzda internetə çıxan televizor, məlumat mübadiləsi aparan əşyalar olur. Hətta özü internetə girən avtomobillər də mövcuddur. Əşyaların interneti yol qrafiki, hava durumu haqda məlumatları yükləyərək ona uyğun marşrut seçməyə, ətrafımızda olan sistemləri təkmilləşdirir və aralarında məlumat mübadilə apararaq, bizim həyatımızın daha rahat olmasına imkan yaradır. Bundan ilk dəfə 1999-cu ildə Kevin Aşton tərəfindən istifadə olunub. İnternet of things – İoT termin kimi yaranıb. Mexanizmlər, cihazlar arasında bağlantı Ağıllı ev 24 saat müşahidə olunur. Ağllı ev gəlir gətirən sahədir. Bu cihaz bağlantılarının sayı 40-50 milyard ərəfəsindədir. Cihazlar arası bağlantıların nisbi sayı Asiyada 40 faizdir. Daha sonra siyahıda Avropa yer alır. İoT bütün sahələrdə tətbiq olunur. Daha çox telekom, idarəetmə, təhsil, qida, dövlət, daşınmalar, tibb sahələrini əhatə edir. 

Konkret tibb Mhelp proqramı xəstələr üçün faydalıdır. Bu cihaz təzyiqi izləyir, qanda qlükozanı ölçür, wi-fi və mobil internet vasitəsilə hətta həkimə də göndərilir. 
Ağıllı çəngəl və ağıllı fincan nə qədər yeyib-içdiyini hesablayır. Ağıllı zibilqabı, dolu olduğunda xəbərdarlıq göndərir. Ağıllı corab – məsafəni, kalorini, addımlar Ağıllı köynək – nəfəs alma və ürək ritmi və digər parametrləri ölçür. Mobil operatorların xidmətlər təklifləri 5G hələlik sınaqları keçirilir”.

Bakcell Şirkətinin Müştəri Xidmətləri üzrə baş direktoru Selda Korkmaz bu gün jurnalistlərlər görüşündə şirkətin müştərilərlə münasibətindən bəhs edib. O bildirib ki, “Bakcell”in ilk işi abunəçiləri sevindirməkdir:

“Müştərilərimizə xidmət etmək bizim əsas məqsədimizdir. İstəyirik ki, Azərbaycanın əhalisi qədər müştərimiz olsun. Şirkət üçün bütün təbəqələr, xüsusilə də gənclər önəmlidir. Bildiyiniz kimi Azərbaycanda əhalinin 7.4 milyonu internet istifadəçisidir. Onlardan 2.6 milyonu sosial şəbəkəyə üzvdür. 7 milyon insan isə telefon işlədir”. 

Bakcell təmsilçisi müştərilərin dahaçox hansı təbəqəni əhatə etdiyi barədə də məlumat verib:

“Texnologiya bu gün çox sürətlə inkiaşf edir. Telefonu dünyanın ən böyük kəşfi hesab edə bilərik. Bu gün telefon bizim üçün, həm də fotoapartdır. Müştərimizlər arasında şagirdlər, gənclər, iş adamları, neftçilər, kiçik sahibkarlar, hətta əcnəbilər də var. Bu gün müştərini qazanmaq üçün ənənəvi ümumi baxışdan fərqli olaraq daha xüsusi yanaşma tələb olunur.

Müştərilərimiz ötən il daha çox şəbəkələrdən şikayətçi olublar. Biz bir il işlədik və bu problemlərin səbəblərini öyrəndik. Nəticədə zəng və əhatə problemləri 61%, data problemlərində isə72% azalma müşahidə olundu. Biz Bakcell olaraq, Bakı və Abşeronda 4G olacaq. Ən önəmli işimiz şəbəkə ilə bağlıdır. Müştəri xidmətlərinə əhalinin 92%-i məlumat alamq üçün, 3.5%-i isə şikayət üçün zəng edib. Müştərilərimiz daha çox balans, internet paketlər, tariflər, şəbəkə, kontent provayderlərlə bağlı müraciət ünvanlayırlar”.





Aktual.az

Xəbər 875 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR