357 ümumi təhsil məktəbinə yeni direktor təyin olunub

357 ümumi təhsil məktəbinə yeni direktor təyin olunub

Məktəb direktorları və məktəb direktoru olmaq arzusunda olan digər şəxslər üçün keçirilən təlimlər dən sonra 357 ümumi təhsil məktəbinə yeni direktor təyin olunub.


Aktual.az "Report"a istinadən xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən məlumat verilib.
Eyni zamanda, bu il mərkəzləşmiş qaydada yeni sistem əsasında ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulu müsabiqəsinin nəticələrinə əsasən, 1 877 nəfərin işə qəbul olunmasına razılıq verilib. Müsabiqədən sonra boş qalan yerlər üzrə əlavə yerləşdirilmədə müsabiqədə iştirak edərək keçid balını toplayan, lakin heç bir yer tutmayan 356 nəfər işə qəbul olunub.
Beləliklə, müsabiqənin nəticələrinə əsasən, ümumilikdə 2 233 nəfər işə qəbul edilib. Onlardan 1 589 nəfərinə (71%) həvəsləndirmə tədbirləri tətbiq olunub. Bu il müsabiqə nəticəsində vakant yerlərin tutulma göstəriciləri ötən ilin nəticələrindən 32 % artıq olub. Belə ki, ötən tədris ilində işə qəbul olunanların sayı 1692 nəfər olmuşdusa, cari dərs ilində onların sayı 540 nəfər artıb. Bu il keçirilən müsabiqədə 20 min nəfərdən çox namizədin iştirak etməsinə baxmayaraq, nəticələrdən apellyasiya şikayəti verən olmayıb.

Xəbər 419 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR