28 yaşlı piyadanı vuraraq öldürdü - Hadisə yerindən qaçdı + FOTO

28 yaşlı piyadanı vuraraq öldürdü   - Hadisə yerindən qaçdı + FOTO

Astaranın Siyavar kəndi ərazisində bu axşam Lənkəran sakinini maşın vurub.

Aktual.az-ın Report-a istinadən məlumatına görə, Lənkəranın Şahağacı kəndinin sakini 1988-ci il təvəllüdlü Həsənov Zamin Zahir oğlu yolu keçmək istəyərkən avtomobil tərəfindən vurulub. Şahidlərin sözlərinə görə, hadisəni törədən "Gazel" markalı maşın olub.

Meyit tibbi ekspertizadan keçirilməsi üçün Lənkəran Rayon mərkəzi xəstəxanasının morquna gətirilib.

Hadisəni törədən şəxsin müəyyən edilməsi istiqamətində Astara polisi tərəfindən araşdırma aparılır.



Aktual.az

Xəbər 435 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR