21 qanunsuz miqrant saxlanılıb

21 qanunsuz miqrant saxlanılıb

Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri davam etdirilir.

Xidmətdən  verilən məlumata görə, fevralın 16-da və 19-da keçirilən növbəti tədbirlər zamanı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə Dövlət Miqrasiya Xidmətinə müraciət edərək müvafiq yaşama icazələri alan, lakin sahibkarlıq fəaliyyəti ilə məşğul olmadıqları aşkar edilən 11 nəfər Pakistan İslam Respublikası, 6 nəfər Banqladeş və 4 nəfər Hindistan vətəndaşı saxlanılıblar.

Həmin şəxslər gəlişlərinin bəyan edilən məqsədlərini pozduqları üçün Bakı şəhər Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində yerləşdiriliblər.
Hazırda onların ölkədən çıxarılmaları istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

Aktual.az
Xəbər 395 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR