Azərbaycan UEFA reytinqində irəlilədi

Azərbaycan UEFA reytinqində irəlilədi

Azərbaycan UEFA reytinqində İsrailə daha da yaxınlaşıb.

Aktual.az xəbər verir ki, bu,"Sabah"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda Finlandiya təmsilçisi "KuPS"u məğlub etməsi (1:0) sayəsində mümkün olub.

Beləliklə, ölkənin cari mövsümdə qazandığı əmsal 1,750-yə çatıb.

Azərbaycan (20,312) hazırda 26-cı pillədə qərarlaşıb. 25-ci yerdəki İsrailin 20,750 əmsalı var.

Xatırladaq ki, UEFA reytinqində İngiltərə (101,852) liderdir.
Xəbər 49 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR