Azərbaycanda son sutkada neçə nəfər koronavirusa yoluxub?

Azərbaycanda son sutkada neçə nəfər koronavirusa yoluxub?

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 28 yeni yoluxma faktı qeydə alınıb, 49 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Aktual.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 335 521 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 329 599 nəfər müalicə olunaraq sağalıb, 4 963 nəfər vəfat edib, aktiv xəstə sayı 959 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 115, ötən müddət ərzində isə ümumilikdə 3 680 977 test aparılıb.

Son gündə koronavirus əleyhinə 215 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 11, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 204 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 2989673, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1949646, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1040027 təşkil edir.
Xəbər 410 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR