Azərbaycanda zəlzələ oldu

Azərbaycanda zəlzələ oldu

Gəncə stansiyasından 45 km şimalda Samux ərazisində 4,3 maqnitudada zəlzələ qeydə alınıb.

Bu barədə Aktual.az Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir. 
Zəlzələ episentrdə 3 bala qədər hiss olunub. 


****

Azərbaycanın qərb və şimal-qərb bölgəsində zəlzələ olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 00:03-də Daşkəsən, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarında hiss edilib. 
Təxminən 2-2,5 bal gücündə olan yeraltı təkanlar bir neçə saniyə davam edib.
"Report"un Şimal-qərb bürosu isə xəbər verir ki, yeraltı təkanlar Gəncə şəhəri və ətraf rayonlarda, habelə Zaqatala və Qaxda da hiss olunub.
Dağıntı və tələfat haqda məlumat yoxdur.
Xəbər 400 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR