Cinayət törətməkdə şübhəli bilinən 18 nəfər saxlanılıb

Cinayət törətməkdə şübhəli bilinən 18 nəfər saxlanılıb

Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, noyabr ayının 18-də törədilən 10 cinayətin üstü "isti izlər”lə açılıb. 
Əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması təmin olunub. 
Axtarışda olduğuna görə ümumilikdə 36 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 22 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 
Avtomobil yollarında 3 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb. 
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6 fakt müəyyən edilib. 
Cinayət törətməkdə şübhəli bilinən 18 nəfər saxlanılıb.
Xəbər 175 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR