Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanıldı

Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanıldı

Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, yanvarın 14-də ölkədə 137 cinayət faktı qeydə alınıb, onların da 27-si "isti izlər”lə açılıb. 
Əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 21 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 14 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Ölkənin avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 9 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.
 
Aktual.az
Xəbər 198 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR