"2017-ci il Rusiyanın sonu olacaq" — Soros

  • DÜNYA

Məşhur milyarder, dünya miqyasında siyasi layihələrin və siyasi hərəkatların maliyyəçisi kimi tanınan Corc Soros Rusiyanın gələcəyi haqda ilginc fikirlər səsləndirib.

Aktual.az Ölkə.az-a istinadən xəbər verir ki, Soros Rusiyanın hazırkı durumunu şərh edərkən bu ölkənin gələcəyinin qaranlıq olduğunu bildirib.

"Putin rejimini iflas gözləyir. 2017-ci il Rusiyanın xarici borclarını ödəməyi üçün son müddətdir. Ona görə də Putin Avropa İttifaqının dağılması üçün əlindən gələni edir. Putini hakimiyyətdə saxlaya biləcək yeganə şey Avropa İttifaqının dağılmasıdır. İttifaqın dağılması Rusiyanı sanksiyaların böyük bir hissəsindən azad edir. Bu il də Rusiyanın büdcə kəsirləri davam edəcək və böhran ilin sonuna yaxın dərinləşəcək. Gələn ildən isə Rusiyanın əsl çöküşü başlayacaq", deyə Soros vurğulayıb.

Xatırladırıq ki, Sorosun proqnozları bütün dünya tərəfindən böyük maraqla qarşılanır və media tərəfindən sürətlə tirajlanaraq beynəlxalq ictimai rəyə ciddi təsir edir.

Xəbər 684 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR