Bakının bir hissəsi susuz qalacaq

Bakının bir hissəsi susuz qalacaq

"Azərsu" ASC-dən verilən məlumata görə, abunəçilərin diqqətinə çatdırılır ki, Bakı şəhəri İzmir küçəsində yeni çəkilmiş magistral su xəttinin mövcud sistemlərə birləşdirilməsi ilə əlaqədar 04 avqust 2016-cı il tarixində gün ərzində Yasamal və Nəsimi rayonlarının bəzi yerlərinə - İzmir küçəsində 5,7,9 saylı yaşayış binalarına, Tbilisi prospekti, Akademik Həsən Əliyev və Bakıxanov küçələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır.

Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.

Xəbər 544 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR