Ukrayna ölüm hökmünü bərpa etmək istəyir

Ukrayna ölüm hökmünü bərpa etmək istəyir
  • DÜNYA

Ukrayna Prezidenti Petr Poroşenkonun saytında ölkədə ölüm hökmünün bərpa edilməsinə dair petisiya başlayıb.

AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, petisiyanın müəllifləri ölüm hökmünün tətbiq olunmasının vacibliyini "daxili və xarici düşmənlərin yüksək səviyyəli təsiri", həmçinin ölkədə "əsaslı dəyişikliklər dövrü" ilə izah edirlər. Sənəddə, eyni zamanda, ölüm hökmünün ABŞ və Çində də mövcud olduğu vurğulanır.

Petisiya ən azı 25 min imza yığacağı təqdirdə, prezident ona öz münasibətini bildirməlidir.

Son iki gündə Ukrayna prezidentinin saytında eyni vaxtda dörd analoji petisiya qeydiyyatdan keçib. Onlardan birinin müəllifi ölüm hökmünün caniləri yedizdirməmək üçün tətbiq olunmasını istəyib. Digərləri isə ən ağır cəzanın korrupsiya və ya qətl törədənlər üçün tətbiqini təklif ediblər.

Xəbər 309 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR