Sabah yağış yağacaq

Sabah yağış yağacaq

Bakıda və Abşeron yarımadasında fevralın 21-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Arabir güclənən şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 1-4, gündüz 7-10 dərəcə isti, Bakıda gecə 2-4, gündüz 7-9 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında fevralın 21-də arabir yağış, bəzi yerlərdə sulu qar, qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 0-5, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 4-9, yüksək dağlıq ərazilərdə 9-14 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

Xəbər 465 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR