Ankarada partlayış — 5 ölü, 10 yaralı + VİDEO

Ankarada partlayış   — 5 ölü, 10 yaralı + VİDEO
  • DÜNYA

Davudoğlu səfərini təxirə salıb.

Ankarada baş vermiş partlayış nəticəsində 5 nəfər ölüb, 10 nəfər yaralanıb.

Hadisənin terror aktı olduğu və bombalı bir maşınla törədildiyi bildirilir.

Türkiyənin Radio Televiziya Üst Qurumu hadisə ilə bağlı rəsmi açıqlamalardan başqa xəbər verilməsi və görüntü yayılması, olay anının, yerinin və sonrakı görüntülərin, həmçinin cənazələrin görüntülənməsi  ilə bağlı yayım qadağası tətbiq edib. 

Türkiyənin baş naziri Əhməd Davudoğlu Brüsselə planlaşdırılan səfərini təxirə salıb. (oxu.az)

***

Türkiyənin paytaxtı Ankarada güclü partlayış baş verib.

Hadisə İnönü bulvarına yaxın Dikmən prospekti ilə Mərasim küçəsinin kəsişməsində hərbi maşınlar keçərkən baş verib.

Partlayış nəticəsində 5 nəfər ölüb, 10 nəfər yaralanıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. (Qafqazinfo)

Xəbər 374 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR