Bu günə olan hava proqnozu

Bu günə olan hava proqnozu

Bu gün hava yağmursuz olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 12-də hava şəraitinin bəzi yerlərdə zəif dumanlı, gün ərzində əsasən yağmursuz keçəcəyi, çiskin olacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 8-12, Bakıda gecə 5-7, gündüz 10-12 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunundan 766 mm civə sütununa enəcək, nisbi rütubət gecə 80-90, gündüz 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında dekabrın 12-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı, şərq rayonlarında çiskinli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.

Tibbi meteoroloji proqnoza gəlincə, dekabrın 12-13-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi meteohəssas insanlar ücün əsasən əlverişlidir.

Xəbər 426 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR