Azərbaycan millisi daha bir medala sahib olub - FOTO

Azərbaycan millisi daha bir medala sahib olub   - FOTO
  • İDMAN

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında keçirilən gənc cüdoçular arasında dünya çempionatında Azərbaycan milli komandası daha bir medala sahib olub.

Azərbaycan Cüdo Federasiyasından Aktual.az-a verilən məlumata görə, 90 kq çəki dərəcəsində yarışan cüdoçumuz Firudin Dadaşov mundialda yalnız bir görüşdə məğlub olaraq bürünc medal qazanıb.

Start görüşündə Yeni-Zelandiya təmsilçisi Mettyu Roulini məğlub edən Dadaşov daha sonra Tacikistan idmançısı Səlim Faruxiyə qalib gəlib. 1/4 finalda almaniyalı David Tekiçə uduzan cüdoçumuz bürünc medal uğrunda təsəlliverici görüşə qatılıb. Burada Polşa nümayəndəsi Rafal Kozlovskiyə “ippon” - təmiz qələbə ilə qalib gələn Firudin Dadşov 3-cü yer uğrunda görüşdə rusiyalı Mixayil İqolnikovu udub. Beləliklə, Azərbaycan cüdoçusu Firudin Dadaşov dünya birinciliyinin bürünc medalını qazanıb.

Qeyd edək ki, gənclər arasında dünya birinciliyində mübarizə aparan milli komandamızın aktivində 2 bürünc medal var. 66 kq çəkidə yarışan Hidayət Heydərov da mündialda 3-cü yeri tutmuşdu.

Aktual.az

Xəbər 479 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR