2016-cı il Yay Olimpiya Oyunlarının büdcəsi açıqlandı

2016-cı il Yay Olimpiya Oyunlarının büdcəsi açıqlandı
  • İDMAN

Bu məbləğ London Olimpiadasının büdcəsindən 7,5 milyard dollar azdır.

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının büdcəsi 9,75 milyard dollar təşkil edəcək.

Aktual.az Report-a istinadən xəbər verir ki, bu haqda Braziliya Milli Olimpiya Komitəsi açıqlama yayıb.

2012-ci il London Olimpiadasına 16,3 milyard dollar, 2014-cü ildə Braziliyada keçirilmiş futbol üzrə dünya çempionatına isə 6,8 milyard dollar xərclənib.

Qeyd edək ki, XXXI Yay Olimpiya Oyunları 5 - 21 avqustda keçiriləcək. Bu, Cənubi Amerika materikində təşkil olunmuş ilk Olimpiada kimi tarixə düşəcək.

Xəbər 452 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR