16 yaşlı oğlan su kanalında batdı

16 yaşlı oğlan su kanalında batdı

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Abşeron rayonu, Ceyranbatan qəsəbəsində 1 nəfərin su kanalında batması barədə məlumat daxil olub.

Aktual.az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinin axtarışları nəticəsində Abşeron rayonu, Ceyranbatan qəsəbəsində su kanalında çimərkən batmış 2000-ci il təvəllüdlü Rəşad Mahir oğlunun cəsədini tapılaraq aidiyyəti üzrə təhvil verilmişdir.

Əməliyyat saat 06:33-də başa çatıb.

Xəbər 477 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR