14 ildən sonra heç kim ölməyəcək - ŞOK AÇIQLAMA

14 ildən sonra heç kim ölməyəcək   - ŞOK AÇIQLAMA

Quql şirkətinin baş futuristi Ray Kurzvil 2029-cu ildən etibarən ölümsüzlüyün mümkün olacağını iddia edib.

Aktual.az axar.az-a istinadən bildirir ki, Kurzvil 2045-ci ildə isə süni zəkanın insan zəkasından min dəfə ağıllı olacağını irəli sürüb:

"2029-ci ildə tibbi texnologiyalar qalan ömrümüzə hər il bir il daha əlavə edəcək. Nano texnologiya sayəsində immunitet sonsuz olacaq, xərçəng və digər xəstəliklər təhlükəli olmayacaq. 2 milyon il əvvəl insan beynindəki "frontal korteks"in təkamül keçirərək mükəmməlləşməsi kimi bir inqilabi dəyişiklik olacaq. İnsanlar arasında daha kompleks ünsiyyət formaları qurulacaq. Duyğulara daha dərindən təsir edəcək musiqi əsərləri yaranacaq. Yumor anlayışımız inkişaf edəcək. Məsələn, Android əməliyyat sisteminə baxaq. Bu sistem 1960-cı ildə MİT-də (Massaçusets Texnologiya İnstitutu. - red.) o dövrdə istifadə olunan 11 milyon dollarlıq super komputerilə eyni funksiyanı yerinə yetirir".

Xəbər 478 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR