14 il əvvəlki qolu təkrarlamaq istədi - VİDEO

14 il əvvəlki qolu təkrarlamaq istədi   - VİDEO

İngiltərə və dünya futbolunun ulduzları arasında keçirilən xeyriyyə oyununda maraqlı hadisə baş verib. 

Aktual.az qol.az-a istinadən xəbər verir ki, dünya yığmasında yer alan braziliyalı Ronaldinyo və ingilislərin qapıçısı Devid Simen zarafatla hələ 2002-ci ildəki dünya çempionatının 1/4 final oyununda Braziliyanın İngiltərənin qapısına vurduğu qolu təkrarlamaq istəyiblər. 

Qeyd edək ki, Braziliyanın 2:1 hesablı qələbəsi ilə başa çatan 14 il əvvəlki oyunda Ronaldinyo cərimə zərbəsini yerinə yetirərkən Devid Seminin yaxşı mövqe tutmadığını görərək gözəl qol vurmuşdu. Budəfəki xeyriyyə oyununda cərimə zərbəsi zamanı Simen Ronaldinyoya 14 il əvvəlki kimi topu qapının doqquzluğuna göndərməyi işarə edib. Amma bu dəfə braziliyalının zərbəsi uğursuz olub. 

Xəbər 711 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR