13 ildən sonra Belarus sevindi

13 ildən sonra Belarus sevindi
  • DÜNYA

Avropa İttifaqının (Aİ) Belarusa qarşı tətbiq edilən əksər sanksiyaların ləğvi barədə qərarı fevralın 27-də qüvvəyə minib.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Aİ-nin rəsmi jurnalında deyilir.

Beləliklə, Aİ Belarusun 170 məmuruna və şəxsən prezident Aleksandr Lukaşenkoya qarşı sanksiyaları dayandırıb. Bu qərar 3 Belarus şirkətinə də şamil olunur.

Xatırladaq ki, sanksiyaların ləğvinə dair qərar fevralın 15-də Aİ ölkələrinin xarici işlər nazirlərinin görüşündə qəbul olunub.

Qeyd edək ki, sanksiyalar 13 il ərzində qüvvədə idi.

Xəbər 576 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR