122 karatlıq almaz tapıldı

122 karatlıq almaz tapıldı
  • DÜNYA

Rusiyanın "Alrosa" şirkəti Ayxal dağ-mədən kombinatının "Yubileynaya" mədənində 121,96 karat çəkisi olan almaz tapdığını elan edib.

Aktual.az Modern.az-a istinadən xəbər verir ki, almaz oktaedr formasındadır və qrafit-sulfid tərkibli sarı rəngə malikdir.

Qeyd edək ki, 2015-ci ilin noyabrında Kanadanın "Lucara Diamonds" şirkəti Botsvanada son 110 ilin ən böyük almazını aşkar etmişdi. Onun çəkisi 1111 karata bərabər idi.

Rusiyanın "Alrosa" şirkəti dünya bazarına ən çox almaz çıxaran nəhəng şirkətdir.

Xəbər 366 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR