100 dolları "öldürək"!

100 dolları
  • DÜNYA

ABŞ-ın keçmiş maliyyə naziri Larri Sammers hesab edir ki, 100 dollarlıq əskinası "öldürərək" dövriyyədən çıxarmaq lazımdır.


Aktual.az Trend-ə istinadən bildirir ki, "The Washington Post" qəzetindəki məqaləsində L.Sammers yazır ki, bu addım korrupsiya ilə mübarizədə önəmlidir.

Onun sözlərinə görə, yüksək nominallı əskinaslarla 1 milyon dolların bir kilodan az çəkisi var - daşınması və ötürməsi çox asandır: "Amma bir milyon dollar xırda əskinaslarla olduğu halda çəkisi 20 kiloqramdan artıq olacaq".

L.Sammers hesab edir ki, eyni məqsədlərlə 500 avroluq əskinasdan da imtina etməyə ehtiyac var.

Yazıda qeyd edilir ki, bəzi dairələrdə 500 avroluq əskinas "Ben Laden" adlandırılır.

Xəbər 489 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR