Ziya Məmmədov Neftçalada vətəndaşları qəbul etdi

Ziya Məmmədov Neftçalada vətəndaşları qəbul etdi

Nazirliyin struktur rəhbərlərinə göstərişlər verildi.

Prezident İlham Əliyevin göstəriş və tövsiyələrinə müvafiq olaraq nəqliyyat naziri Ziya Məmmədov oktyabrın 23-də Neftçalada qəbul keçirib.

Aktual.az Oxu.az-a istinadən xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, nazir Ziya Məmmədov Salyan, Biləsuvar və Neftçala rayonlarından olan vətəndaşları qəbul edərək onların müraciətlərini, şikayət və təkliflərini dinləyib.

Qeyd edək ki, vətəndaşların müraciətləri əsasən avtomobil yollarının təmiri və yenidən qurulması, yeni avtobus marşrutlarının açılması, Bəhrəmtəpə-Biləsuvar, Neftçala Mayak avtomobil yolunda cari təmir işlərinin aparılması, işə qəbul və digər məsələlərlə bağlı olub.

Nazir Ziya Məmmədov vətəndaşların səsləndirdikləri müraciət və şikayətlərlə əlaqədar nazirliyin struktur rəhbərlərinə göstərişlər verib.

Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Vətəndaşlar yol-nəqliyyat sistemində görülmüş işlərlə bağlı, xüsusən də Neftçala rayonunun Bankə qəsəbəsində, Kür çayı üzərindəki körpünün bərpası ilə əlaqədar minnətdarlıqlarını ifadə ediblər.

Xəbər 725 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR