Özəl mühafizə fəaliyyəti ilə bağlı lisenziya azaldıldı

Özəl mühafizə fəaliyyəti ilə bağlı lisenziya azaldıldı

Bu lisenziyanı Dövlət Təhlükəsizliyi Xidməti və DİN verəcək

 Azərbaycan Prezidenti İlham Əliyevin dekabrın 21-də imzaladığı "Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında" fərmana əsasən, özəl mühafizə fəaliyyəti üçün lisenziyanın məbləği iki dəfə aşağı azaldılıb.

Aktual.az-ın "Report"a istinadən  məlumatına görə, fərmanla Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (Azərbaycan Respublikasının ərazisində xarici hüquqi şəxslər, yaxud əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən təsis edilmiş hüquqi şəxslərin, o cümlədən birbaşa və ya dolayı yolla xarici kapitalın iştirakı ilə yaradılmış hüquqi şəxslərin öz mühafizəsini təmin etmək üçün) və Daxili İşlər Nazirliyi (digər hallarda) tərəfindən özəl mühafizə fəaliyyəti üçün lisenziyanın dövlət rüsumu 1500 manat olub.

İndiyədək bu məbləğ 3000 manat idi.

Ümumilikdə, dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar lisenziya tələb olunan fəaliyyət növlərinə lisenziya verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri iki dəfə azaldılıb.

Sıra nöm-rəsi Fəaliyyət növünün adı Lisenziya verən orqan Dövlət rüsumunun məbləği (manatla)
  Özəl mühafizə fəaliyyəti Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (Azərbaycan Respublikasının ərazisində xarici hüquqi şəxslər, yaxud əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən təsis edilmiş hüquqi şəxslərin, o cümlədən birbaşa və ya dolayı yolla xarici kapitalın iştirakı ilə yaradılmış hüquqi şəxslərin öz mühafizəsini təmin etmək üçün);Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (digər hallarda) 1500 (indiyədək 3 min manat idi)
  İnformasiya mühafizə vasitələrinin layihələndirilməsi və istehsalı sahəsində fəaliyyət Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti 1100
(2200 manat idi)
  Biometrik texnologiyaların yaradılması və həmin texnologiyalara xidmət göstərilməsi Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 1100
(2200 manat idi)
  Fərdi məlumatların informasiya ehtiyatlarının formalaşdırılması və informasiya sistemlərinin yaradılması, onlara xidmət göstərilməsi Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 1100
(2200 manat idi)
Xəbər 504 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR