Yol polisinin təqib etdiyi avtomobil qəza törətdi - Foto

Yol polisinin təqib etdiyi avtomobil qəza törətdi - Foto

Bakıda "Mercedes"lə "KİA" toqquşub.

Aktual.az  Report-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb.

Belə ki, Buzovna qəsəbəsində sərxoş sürücü tərəfindən idarə edildiyi iddia olunan "Mercedes" markalı avtomobillə "KİA" markalı avtomobil toqquşub. Nəticədə hər iki avtomobil deformasiyaya uğrayıb.

Hadisə şahidlərinin sözlərinə görə, Yol Patrul Xidmətinə (YPX) məxsus 90-YP-353 nömrəli xidməti avtomobil "Mercedes" markalı avtomobili təqib edib. Nəticədə "Mercedes"in sürücüsü idarəetməni itirərək qəza törədib.

Faktla bağlı araşdırma aparılır.


Xəbər 424 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR