Yeni qatar azyaşlı uşağı öldürdü - Sumqayıtdan 3-cü qəza xəbəri

Yeni qatar azyaşlı uşağı öldürdü - Sumqayıtdan 3-cü qəza xəbəri

Bu gün Sumqayıtdan Bakı istiqamətində hərəkət edən qatar qəza törədib.
 
Aktual.az xəbər verir ki, hadisə şahidlərinin AzVision.az-a verdiyi məlumata görə, 07:10 radələrində Sumqayıt sərnişin stansiyasından çıxan qatar dəmiryolu xətti üzərində azyaşlı uşağı vurub.
 
Hadisə dəmiryolu xəttinin Bakı dəmiryolu stansiyasına yaxın ərazidə baş verib.
 
Məlumata görə, azyaşlı uşaq hadisə yerindəcə keçinib.
 
Qəza nəticəsində Bakı –Sumqayıt elektrik qatarının hərəkətində 20 dəqiqə gecikmə olub.
 
Qeyd edək ki, Bakı-Sumqayıt qatarı bir neçə gün öncə- sentyabrın 15-də istifadəyə verilmişdi.
Xəbər 3702 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR