Yasamalda yaşlı kişi boğazını kəsərək intihara cəhd edib

Yasamalda yaşlı kişi boğazını kəsərək intihara cəhd edib

Paytaxtın Yasamal rayonunda intihara cəhd hadisəsi baş verib.

"Report” xəbər verir ki, 1963-cü il təvəllüdlü Mircəlal Abdullayev bıçaqla boğaz və sol döş qəfəsi nahiyələrinə xəsarət yetirərək özünü öldürmək istəyib.
Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə aparılaraq əməliyyat olunub. Reanimasiya şöbəsinə yerləşdirilən xəstə Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis bölməsinin əməkdaşlarına izahatında özünü bıçaqlamaqla intihara cəhd göstərdiyini bildirib.

Faktla bağlı araşdırma aparılır.
 
Aktual.az
Xəbər 474 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR