Yardımlı yolu çökdü – FOTO

Yardımlı yolu çökdü –   FOTO

Cəlilabad -Yardımlı avtomobil yolunda bir müddət əvvəl baş vermiş torpaq sürüşməsi ən təhlükəli həddə çatıb. 

Aktual.az qafqazinfo-ya istinadən xəbər verir ki, yolun  Pərdi kəndinən keçən hisəsi 70 metr uzunluğunda çöküb.  Yolun yatağında aktivlik artdıqca asfalt qatının dağılması da  hər gün  davam edir.

Nəqliyyat vastələrinin  hərkətlərinin təmin olunması üçün ərazidə çəkilmiş aternativ yol da tədricən sürüşmənin təsirinə məruz qalıb. Sürücülərin sözlərinə görə cüzi yağıntının düşməsi buradaki torpaq sürüşməsinin əhatəsini böyüdəcək. Bu da 30-dan çox kəndin rayon mərkəzi ilə əlaqəsinin kəsilməsinə səbəb ola bilər.

 
Xəbər 636 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR