Yaponiyada istilər 610 nəfəri xəstəxanalıq etdi

Yaponiyada istilər 610 nəfəri xəstəxanalıq etdi

Yaponiyada son günlər davam edən isti hava şəraiti səbəbindən 610 nəfər xəstəxanaya yerləşdirilib.

Aktual.az-ın Trend-ə istinadən məlumatına görə, xəstəxanalara müraciət edənlərin əksəriyyətinə günvurma diaqnozu qoyulub.

37 dərəcədən artıq hərarət və daha çox sayda xəstəxanalara müraciət qeydə alınan ərazilər ölkənin Saitama (55 nəfər), Fukuoka (47 nəfər) və Osaka (40 nəfər) rayonları olub. Tokioda isə 29 nəfər isti havanın qurbanı olub.

Meteoroloqlar isti havanın ölkə ərazisində hələ davam edəcəyini bildiriblər.

Aktual.az
Xəbər 249 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR