Xamenei: "Amerika, Fransa və Britaniya liderləri cinayətkardır"

Xamenei:

İranın ali dini rəhbəri ayətullah Əli Xamenei ABŞ, Fransa və Britaniya liderlərini cinayətkar adlandırıb.

Aktual.az APA-ya istinadən xəbər verir ki, Ə. Xamenei Qərb koalisiyasının Suriya əməliyyatına sərt reaksiya verib. "Suriyaya hücum cinayətdir, Amerika, Fransa prezidentləri və Britaniyanın baş naziri isə canidir", - deyə o söyləyib.  Əli Xamenei bildirib ki, Amerika və onun müttəfiqləri bu cinayətlə hər hansı nəticəyə nail ola bilməyəcəklər.
 
Aktual.az
Xəbər 110 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR