Xaçmazda güclü yanğın - Zavodda

Xaçmazda güclü yanğın -   Zavodda

Xaçmazda yanğın başlayıb. 

AzNews.az ans press-ə istinadən xəbər verir ki, hadisə bu gün günorta 14:20-də Xaçmazda yerləşən və fəaliyyətini uzun illər əvvəl dayandırmış konserv zavodunda baş verib. 

Zavodun ərazindəki hektarla ərazidəki quru ot və kol-kosdan başlayan yanğın köhnə tikililərə də keçib. 

Yanğını söndürmək üşün hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Xaçmaz Yanğından Mühafizə İdarəsinin 2 maşını cəlb edilib. Yanğının söndürülməsi istiqamətində işlər aparılır.

Yanğınsöndürənlərin işini asanlaşdırmaq üçün hadisə yerinə Azərişıq ASC-nin işçiləri cəlb edilib. Onlar əraziyə gələn elektrik xətlərini kəsiblər.

Yanğının söndürülməsi istiqamətində işlər aparılır. İlkin məlumata görə, hadisə nəticəsində ölən və yaralanan olmayıb. 

 
Xəbər 508 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR