"Wizz Air" vədinə əməl etmədi


"Wizz Air" aviaşirkəti bir istiqamətdə Bakıdan Budapeştə uçuşların qiymətini 3 dəfə bahalaşdırıb.

Aktual.az-ın oxu.az-a istinadən məlumatına görə, mart ayı üçün nəzərdə tutulmuş uçuş qrafikinə nəzər salsaq, məlum olur ki, qiymətlər 3 dəfə bahalaşıb.

Belə ki, yalnız bir istiqamətdə mart ayının 28, 31 üçün nəzərdə tutulmuş ucuş qrafiklərinə nəzər yetirdikdə məlum olur ki, qiymətlər müvafiq olaraq 109,99 və 89,99 avro təşkil edib.

Qeyd edək ki, cari ilin oktyabrın 28-də "Wizz Air" və "Ground Handling Company" arasında Budapeşt-Bakı-Budapeşt reyslərinə xidmət üzrə sazişin imzalanma mərasimində "Wizz Air" şirkətinin təmsilçisi Yojef Varadi demişdi ki, bir tərəfli gediş üçün biletlərin qiyməti 39,99 avro olacaq.

Bununla belə onu da qeyd edək ki, bu gün "Wizz Air" Azərbaycan bazarında ən aşağı qiymətlər təklif edən aviaşirkətdir.

Xəbər 420 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR