VAXTİLƏ ALMAN FAŞİZMİNƏ QARŞI MÜBARİZƏ APARAN AZƏRBAYCAN XALQI İNDİ DƏ ERMƏNİ FAŞİZMİNƏ QARŞI MÜBARİZƏ APARIR

VAXTİLƏ ALMAN FAŞİZMİNƏ QARŞI MÜBARİZƏ APARAN AZƏRBAYCAN XALQI İNDİ DƏ ERMƏNİ FAŞİZMİNƏ QARŞI MÜBARİZƏ APARIR

(9 May Qələbə günü haqda yanlış düşünənlərə bir cavab)


Bəzi populist insanlarımız sosial şəbəkələrdəki paylaşımlarında ifrat vətənpərvərlik havasına girərək belə bir cümlələr yazırlar:

"Mayın 8-ni Şuşanın işğal tarixi kimi, onun səhərisi günü isə, 9 Mayı Qələbə günü kimi qeyd edən xalqım! Unutmayaq ki, işğalçıların işğal etdiyi məmləkətin qələbə günü olmur". Albert Kamyu stilində yazdıqları bu cür psevdofəlsəfi fikirləri ilə diqqət cəlb etməyə çalışan bu insanlar ən adi bir həqiqəti də anlaya bilmirlər ki, söhbət heç də 9 Mayın Azərbaycan xalqının qələbə günü olmasından getmir. 9 May konkret olaraq nəinki bizim, ümumiyyətlə heç bir xalqın ayrılıqda götürülmüş qələbə günü deyil.

9 May bütün bəşəriyyətin, bütün insanlığın Faşizm adlı QARA FƏLAKƏT üzərində qələbə günüdür! Azərbaycan da öz növbəsində faşizm üzərində bu tarixi Qələbəyə sanballı töhfələr verib. Həmin dövrdə Azərbaycan xalqı cəbhəyə 600 mindən çox oğul və qızını yola salıb. Onların təxminən yarısı döyüş meydanlarından geri qayıtmayıb. O vaxt Böyük Vətən Müharibəsi adlandırılan bu müharibədə göstərdikləri igidliyə görə 130-dan çox Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz isə müxtəlif orden və medallarla təltif edilib. Faşizm üzərində qələbənin qazanılmasında Bakı nefti də əvəzsiz rol oynayıb və bu gün bunu xüsusilə qeyd etmək lazımdır.

1941-1945-ci illər müharibəsi zamanı Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90 faizi Azərbaycanın payına düşüb. Bizim bu gün bu tarixi hadisəni bayram kimi qeyd etməyimiz həm də ona görə vacibdir ki, qarşıda bizi Qarabağın işğaldan azad edilməsi kimi müqəddəs bir missiya gözləyir. Bir zamanlar alman faşizminə qarşı mübarizə aparılmasında və qələbə qazanılmasında xüsusi rol oynayan Azərbaycan xalqı bu dəfə isə erməni faşizmi üzərində Qələbə qazanmalıdır. Yeri gəlmişkən, erməni faşizminin özü də vaxtilə alman faşizmindən qidalanıb. İkinci Dünya Müharibəsində Hitlerlə əlbir olan, 1942-ci ildə general Dro ilə (Drastamat Kanayan) birlikdə Vermaxt nəzdində erməni hərbi birləşmələrinin formalaşdırılmasında iştirak edən, almanların yaratdığı "Erməni milli şurası"nın 7 üzvündən biri təyin edilən Qaregin Njdenin başçılıq etdiyi erməni hərbi birləşmələri Krım yarımadasının işğalında və Qafqazdakı döyüşlərdə iştirak ediblər. Faşist Almaniyası rəhbərlərinin etibarını qazanan Q.Njde eyni zamanda onları Türkiyəyə hücum etməyə çağırır və öz köməyini təklif edirdi. Bu faşist canavarını "ümumxalq qəhrəmanı"na çevirən və İrəvanda onun heykəlini ucaldan ermənilər Azərbaycana və Türkiyəyə münasibətdə bu gün də öz faşist xislətlərindən əl çəkmirlər. Faşizm hər yerdə faşizmdir və faşizmə qarşı hər zaman mübarizə aparılmalıdır. 1941/45-ci illərdə alman faşizminə qarşı mübarizə aparan Azərbaycan xalqı indi də erməni xalqına qarşı mübarizə aparır. Məhz bu mənada 9 May Qələbə gününü bizim gələcək Şanlı Qələbəmizə körpü kimi də qəbul etmək, dəyərləndirmək mümkündür.

Mən fürsətdən istifadə edib, İkinci Dünya Müharibəsində alman faşizminə qarşı mübarizə aparmış bütün veteranlarımızı ürəkdən təbrik edir və eyni zamanda Milli Ordumuzun zabit və əsgər heyətinə də Qələbə əzmi diləyirəm!

Əlisahib Hüseynov

Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri, Qarabağ qazisi

Xəbər 425 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR