Uşaq anasının “iPhone”unu yarım əsrlik bloka saldı

Uşaq anasının “iPhone”unu yarım əsrlik bloka saldı

Çin sakini 2 yaşlı oğluna öyrədici videolara baxmaq üçün öz "iPhone"unu verib.

Aktual.az lent.az-a istinadən xəbər verir ki, körpə çoxlu sayda düzgün olmayan şifrələri yığaraq 47,5 il müddətinə anasının telefonunu bloka atıb.
Bu məzəli hadisə bu ilin yanvar ayında baş verib. Belə ki, çinli qadın 2 yaşlı uşağını nə ilə məşğul etməyi bilmədiyindən, ona öyrədici videolara baxmaq üçün öz "iPhone" smartfonunu vermək qərarına gəlir. Uşaq isə qəflətən smartfonu bloka salır və sərbəst olaraq özü ona şifrə seçməyə başlayır. Cavan ana ondan cihazını qaytarmağı xahiş edəndə, onun üzərində artıq 25 milyon dəqiqə və ya 47,5 il müddətinə blok edilmə haqqında qeyd olur."Mən düz 47 il gözləyə bilmərəm", - deyə ana 2 yaşlı uşağının əməlinə münasibət bildirərkən deyib.


Xəbər 254 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR