Ukraynadan yenilik: Online nikah mümkün olacaq

Ukraynadan yenilik: Online nikah mümkün olacaq
  • DÜNYA

2017-ci ilin sonuna qədər Ukraynada online qaydada nikaha girməyə və uşaqları qeydiyyatdan keçirməyə imkan verən xidmətlər yaradılacaq.

Aktual.az lent.az-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Vladimir Qroysman "Facebook”da yazıb.
Baş nazir bildirib ki, hazırda fiziki şəxslərin sahibkar kimi qeydiyyatdan keçməsi üçün elektron xidmətlər əhali arasında populyardır. İlin sonuna qədər isə başqa xidmətlər istifadəyə veriləcək: "Elektron xidmətlərin tətbiqi hökumətin prioritetlərindən biridir. Elektron idarəetmə üzrə Dövlət Agentliyi bu istiqamətdə məhsuldar çalışır. İlin sonuna qədər daha bir neçə online-xidmətlər – məsələn, online nikah və uşaq qeydiyyatı tətbiq olunacaq”.
V. Qroysman ukraynalılara elektron imzalarını qeydiyyatdan keçirməyi də tövsiyə edib.  


Aktual.az
Xəbər 335 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR