Ukrayna Azərbaycanlıları Konqresi ilə
Ukrayna Azərbaycancılılarının Birləşmiş Təşkilatı birləşmək barədə qərar qəbul edib və bu prosesi
hüquqi cəhətdən başa çatdırmaq üçün işçi qrupu yaradılıb.
Bununla bağlı diaspor
təşkilatları geniş müzakirə aparıb, birləşmək qərarına yekdilliklə səs verilib
və birgə fəaliyyətin mexanizmləri
müzakirə edilib.
Diaspor
təşkilatlarının bu addımı Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad
Muradovun Ukraynaya rəsmi səfəri zamanı reallaşıb.
İşçi
Qrup Ukrayna Azərbaycanlılarının Koordinasiya Şurasını yaratmaq barədə də
razılığa gəlib və birləşmənin vacib
olduğunu bildiriblər. Verilən mlumata görə, artıq
Koordinasiya Şurasının ilk iclası
keçirilib və təşkilatlar daha geniş miqyasda fəaliyyətə başlayacaqlarını elan
ediblər.
Xəbər 379 dəfə oxunub.