UEFA Messini dopinq yoxlamasından keçirdi

UEFA Messini dopinq yoxlamasından keçirdi

Hücumçu Lionel Messi də daxil olmaqla İspaniyanın "Barselona" klubunun birdən-birə 11 futbolçusu cümə günü UEFA nümayəndələrinin dopinq nəzarəti prosedurundan keçib

Bu barədə Kataloniya komandasının rəsmi "Twitter" səhifəsi məlumat yayıb.
Bildirilir ki, anti-dopinq yoxlamasına argentinalı futbolçu ilə yanaşı Şteqen, Pike, Rakitiç, Buskets, İnyesta, Suares, Dembele, Alba, S. Roberto və Yumtiti məruz qalıb. Futbolçulardan qan və sidik analizları götürülüb.
"Barselona" futbolçuları dopinq nəzarət prosedurundan ölkə çempionatının 30-cu turu çərçivəsində "Sevilya" ilə martın 31-nə nəzərdə tutulan səfər qarşılaşması öncəsi keçiblər.
Bu görüşdən sonra Kataloniya komandası aprelin 4-də öz meydanında Çempionlar Liqasının ¼ finalı çərçivəsində "Roma"nı qəbul edəcək. (report.az)

Aktual.az
Xəbər 546 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR