Tutulan terrorçu qaçmaq üçün kuryerdən kömək istədi

Tutulan terrorçu qaçmaq üçün kuryerdən kömək istədi
  • DÜNYA

Yeni il gecəsindəki terrordan 17 gün keçdikdən sonra tutulan Maşaripov hadisədən iki gün sonra polisin əlindən son dəqiqədə qaçaraq xilas olmağı bacarmışdı.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, "Reina" terrorçusunun istintaq prosesiylə bağlı yeni detallar məlum olub.

ƏMƏLİYYAT PROSESİNDƏN

Şübhə doğuran evlər 24 saat boyunca təqib edilib. Bu təqiblərdən sonra Maşaripovun qala biləcəyi evlərin sayı 5-ə endirilib.

Kuryerdən kömək istədi

Cinayətkarın Sefaköydə qaldığı evi tərk edib Esenyurta gəldiyi təyin olunur. Bu ev 5 gün boyunca izlənilib. Tutulmamışdan 3 gün əvvəl Maşaripovun evə gəldiyi təyin olunur. Kəşfiyyat evdəki vəziyyəti təsbit edərkən silah və sursat olmadığı aydın olur.

Esenyurtdaki evin İŞİD-in "ötürmə evi" olaraq istifadə edildiyi təsbit edilib. Terror təşkilatının dünyanın fərqli ölkələrindən gələn əcnəbi döyüşçüləri Suriyaya göndərmək məqsədilə bu evlərdə saxladıqları aydın olur. Bu evdə qalan Maşaripovun İstanbulu tərk etməyə hazırlaşdığı və bu məqsədlə bir kuryerdən kömək istədiyi təyin olunur.

Aktual.az
Xəbər 268 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR