Türkiyədə parlament binası mühasirəyə alındı

Türkiyədə parlament binası mühasirəyə alındı
  • DÜNYA

Türkiyə polisi Ankarada Türkiyə Böyük Millət Məclisinin binası ətrafında təhlükəsizlik tədbirlərini gücləndirib.

Aktual.az  xəbər verir ki, bu barədə Trend Türkiyə KİV-ə istinadən məlumat verib.

Parlament ətrafına çevik polis qüvvələri də cəlb olunub. Parlament binası hər hansı bir insidentin qarşısının alınması məqsədilə polis tərəfindən mühasirəyə alınıb.

Qeyd edək ki, bu gün Türkiyə parlamentində ölkə konstitusiyasına dəyişikliklərin müzakirəsi başlayıb.

Müzakirələrdə ölkənin bütün siyasi partiyaları iştirak edir. Bundan əvvəl müxalif Cümuriyyət Xalq Partiyasının (CHP) Ankara şəbəsi parlament yaxınlığında etiraz mitinqi keçirəcəyini elan etmişdi.
 
Aktual.az
Xəbər 100 dəfə oxunub.



YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR