Türkiyədə dolların məzənnəsi 3,70 lirəni ötdü

Türkiyədə dolların məzənnəsi 3,70 lirəni ötdü
  • DÜNYA

Türkiyədə ABŞ dollarının məzənnəsi yenidən 3,70 lirə səviyyəsini keçib.

Aktual.az report-a istinadən xəbər verir ki, dünən Asiya bazarlarında TRY/USD məzənnəsi 3,72-yə qədər yüksəlib.
Analitiklər Türkiyədə dolların məzənnəsinin sərt yüksəlməsinin digər inkişaf etməkdə olan ölkələrə yayıla biləcəyindən ehtiyat etdiklərini bildiriblər. Dolların yüksəlməsinə səbəb kimi ötən həftənin sonunda Türkiyə Prezidentinin ABŞ-ı tənqid etməsi amili göstərilir.

Qeyd edək ki, hazırda Türkiyədə dolların məzənnəsi 3,70 lirəyə yaxındır. Məzənnənin 3,80 səviyyəsinə qədər artması, lakin ilin sonunda 3,75 səviyyəsində sabitləşməsi gözlənilir.
 

Aktual.az

Xəbər 285 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR