Türkiyə və Qətər dənizdə hərbi təlimlərə başlayır

Türkiyə və Qətər dənizdə hərbi təlimlərə başlayır
  • DÜNYA

Türkiyə və Qətər birgə hərbi-dəniz təlimləri keçirəcəklər. 

Aktual.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə Qətər Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd edilir ki, birgə hərbi-dəniz təlimləri avqustun 6-7-də Qətərin ərazi sularında keçiriləcək.

Qeyd edək ki, artıq 214 hərbi heyətlə "TCG Gökova” Türkiyə gəmisi Qətərin Hamad limanına çatıb.

Xatırladaq ki, iki ölkə birgə təlimlərə avqustun 2-də başlayıb. Təlimlər Rarik bin Ziyad hərbi bazasında keçirilir.
 
Aktual.az
Xəbər 306 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR