Tramp Şimali Koreyaya qarşı sanksiyanın tətbiqinə hazırlaşır

Tramp Şimali Koreyaya qarşı sanksiyanın tətbiqinə hazırlaşır
  • DÜNYA

ABŞ prezidenti Donald Tramp Şimali Koreyaya qarşı mühüm sanksiyaların tətbiqinə hazırlaşır.

Aktual.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Ağ evin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri CNN-ə bildirib ki, Donald Tramp Yaponiya baş naziri Şinzo Abe və Cənubi Koreya prezidenti Moon Jae-i ilə görüşü zamanı sanksiyalar barədə məlumat verəcək.
"Prezident yaxın müttəfiqlərimiz Yaponiya və Cənubi Koreya rəsmiləri ilə görüşdə bu problemin həlli üçün səylərimizin davam etdirilməsi barədə danışacaq və yeni sanksiyalar barədə elan verəcək”, - deyə o əlavə edib.
Sanksiyaların nədən ibarət olacağı barədə hələlik bilgi yoxdur.
 

Aktual.az
Xəbər 242 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR