Tramp Ərdoğandan keşişin azad edilməsini istədi

Tramp Ərdoğandan keşişin azad edilməsini istədi

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğandan həbsdə olan keşiş Andro Rahim Brunsonun azad edilməsini istəyib.


 Lent.az milliyet.com.tr-yə istinadla bildirir ki, ABŞ prezidenti Ərdoğana çağırışı rəsmi "tvitter” hesabı üzərindən edib.  Tramp Amerikada sayılıb-seçilən keşişlərdən sayılan Brunsonun indiyə qədər həbsdə saxlanmasının utancverici olduğunu vurğulayıb:

"O, yaşlı adamdır. Səhv bir şey etməyib. Ailəsinin ona ehtiyacı var”.

Qeyd edək ki, 15 iyul 2016-ci ildə dövlət çevrilişinə cəhddən sonra həbs edilən amerikalı keşiş hərbi casusuluqda ittiham edilir.

 
Aktual.az
Xəbər 384 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR