92 min toyuq "quş qripi"nin qurbanı oldu

92 min toyuq
  • DÜNYA

Yaponiyada yenə "quş qripi" virusu aşkar edilib. Bu virus səbəbindən Sikoku adasında Kaqava prefekturasında 92 min toyuq məhv edilib.

Aktual.az-ın məlumatına görə, xəstə toyuqlar bir neçə quşçuluq fermasında aşkar edilib.
Toyuqların məhv edilməsi prosesində 750 adamın, o cümlədən özünümüdafiə qüvvələrinin iştirak etdiyi bildirilir.Virus aşkar edilən ərazilərdə karantin elan edilib. Ətraf yollarda dezinfeksiya işləri aparılır.
Qeyd edək ki, bu, il başlayandan Yaponiyada ilk "quş qripi" virusunun aşkarlanması faktıdır(trend).

Aktual.az
Xəbər 59 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR