Tehran derbisini izləmək istəyən 35 qadın saxlanıldı

Tehran derbisini izləmək istəyən 35 qadın saxlanıldı

 İranda "Esteqlal" və "Persepolis" futbol komandaları arasındakı Tehran derbisini izləmək istəyən 35 qadın saxlanılıb.

Aktual.az report-a istinadən xəbər verir ki, xanım fanatlar oyundan sonra buraxılıblar. "Azadi" stadionunda keçirilmiş görüş "Esteqlal"ın qələbəsi ilə yekunlaşıb - 1:0.
Ölkənin Daxili İşlər Nazirliyinin nümayəndəsi bildirib ki, qadınlar həbs olunmayıb. Onun sözlərinə görə, zərif cinsin nümayəndələri "münasib yer"ə aparılıb. Xanımlar məhz bu oyunu görüşdə FİFA prezidenti Canni İnfantinonun da iştirakı ilə əlaqədar izləmək istəyiblər. Qadınlar bu addımı oyunları izləmələrinə qadağanın qoyulduğunu futbol rəsmilərinin diqqətinə çatdırmaq məqsədi ilə atıblar.

Qeyd edək ki, İranda qadınların futbol matçlarına daxil olmalarına 1979-cu ildən qadağa qoyulub. 
Xəbər 440 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR