Sürücülərin nəzərinə - Bu yollarda tıxac var

Sürücülərin nəzərinə   - Bu yollarda tıxac var

Paytaxt yollarında həftəsonları da tıxac olur.


Aktual.az Milli.az-a istinadən xəbər verir ki, NİİM-dən verilən məlumata görə, hazırda paytaxtın General Əliağa Şıxlınski, Səməd Vurğun, Əziz Əliyev, Cəlil Məmmədquluzadə küçələrində nəqliyyat vasitələrinin sıxlığı müşahidə olunur. Adıçəkilən istiqamətlərdə hərəkət edən sürücülərə bunu nəzərə almaları tövsiyə olunur.

Bundan əlavə, qeyd edək ki, hazırda Bakının 3 küçəsində yol tamamilə bağlıdır. Belə ki, Əziz Əliyev küçəsinin İçərişəhərin Qoşa Qala qapıları qarşısındakı hissəsi, eləcə artıq uzun müddətdir ki, Davud Aslan küçəsi yolda təmir işlərinin aparılması ilə əlaqədar, həmçinin Ceyhun Səlimov küçəsi Hərbi hospitalın qarşısından 3-cü mikrorayon dairəsi istiqamətində ərazidə yeni metro stansiyasının tikintisi ilə əlaqədar uzun müddətə bağlanıb.

Xəbər 338 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR