Sürücülərin NƏZƏRİNƏ – Bu yollarda hərəkət məhdudlaşdırılır

Sürücülərin NƏZƏRİNƏ – Bu yollarda hərəkət məhdudlaşdırılır

Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Səbail rayonu, Lökbatan dairəsindən Bibiheybət məscidinə qədər olan hissədə, həmçinin, Heydər Əliyev prospektinin Hava Limanından şəhər istiqamətində üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilişi işləri aparılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Aktual.az-a verilən məlumata görə, bu məqsədlə sözügedən yollar boyu axşam saatlarınadək avtonəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə hissə-hissə məhdudlaşdırılır.

Sürücülərdən sözügedən avtomobil yolları ilə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
 
Aktual.az-
Xəbər 248 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR