Sumqayıt sakini tanışını bıçaqlayıb

Sumqayıt sakini tanışını bıçaqlayıb

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.
 
Aktual.az APA
-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən "Bilik" Tədris Mərkəzinin qarşısında qeydə alınıb. Şəhər sakini Nail Şəmsəddin oğlu Ağayarov tanışı Saleh Sabirağa oğlu Mərdanovu bıçaqlayıb. N. Ağayarov daha sonra hadisə yerindən qaçıb. Yaralı xəstəxanaya yerləşdirilib.
 
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Aktual.az
Xəbər 309 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR